Daha 5 “ASAN xidmət” mərkəzində elm və təhsil xidmətləri göstərilməsinə başlanılıb. Sözügedən mərkəzlərə 6 saylı Bakı, həmçinin Quba, Şamaxı, Bərdə və Sabirabad “ASAN xidmət” mərkəzləri aiddir. Vətəndaşlar mərkəzdə müxtəlif təhsil xidmətlərindən yararlana bilərlər.

 

Bununla yanaşı, Bakıdakı 5 və 7 saylı “ASAN xidmət” mərkəzlərində, 2 saylı Sumqayıt, 1 saylı Gəncə, Mingeçevir, Şəki, Tovuz, Masallı, İmişli və Salyan Regional “ASAN xidmət” mərkəzlərində də təhsil xidmətləri vətəndaşlara təqdim olunur.

 

Xidmətlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://asan.gov.az/az/category/asan-xidmetler/funksional-yardimci-xidmetler/elm-ve-tehsil-nazirliyi-terefinden-goesterilen-xidmetler