Dövlət İmtahan Mərkəzinin 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi adını qazanan abituriyent Cavid Nəzərov Bakı Ali Neft Məktəbini (BANM) seçir.

 

I ixtisas qrupunun və bütün qrupların lideri buraxılış imtahanında 295,8, blok imtahanında 397 olmaqla, ümumilikdə 692,8 bal toplayıb. O, BANM-ın “İnformasiya təhlükəsizliyi” ixtisasının tələbəsi olmaq arzusundadır. 

 

Qeyd edək ki, C.Nəzərov Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın  məzunudur.