Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında Məzun Günü  keçirilib.

 

Filialın direktoru professor Orucəli Rzayev tədbirdə çıxış edərək filialda həyata keçirilən yeniliklər və gələcək planlar barədə tədbir iştirakçılarına məlumat verib. Bu il filialdan 168 tələbənin məzun olduğunu deyən O.Rzayev məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Tədbirdə filialin direktor müavini dosent Həqiqət Qədimova, Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev, iqtisadiyyat və idarəetmə kafedrasının müdiri dosent Səfər Razıyev və digərləri çıxış edərək, məzunları təbrik ediblər.

 

Sonra Zaqatala filialını yüksək nəticə ilə bitirən və universitetin sosial-ictimai həyatında fəal iştirak edən tələbələr Fəxri fərmanlarla təltif olunublar.

 

Məzun Günü bədii hissə ilə davam edib.