Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “Code For Future” layihəsi çərçivəsində “DevEducation” İT kolleci tərəfindən yay kursları keçiriləcək. 

 

Universitetdən bildirilib ki, kurslarda BDU-nun bütün fakültələri üzrə III-IV kurs tələbələri və magistrləri iştirak edə bilərlər. 

 

Kurslarda iştirak edən tələbələr müasir informasiya texnologiyaları sənayesində ən çox tələb olunan sahəyə çevrilən Frontend Development və ya Mobil Development ixtisasları üzrə biliklərə yiyələnəcəklər. 

 

Kurslar 2023-cü ilin 3 iyul tarixində başlayacaq.  

 

“Code For Future” layihəsi çərçivəsində keçirilən kurslar ödənişsizdir.