Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 26 İyun- Silahlı Qüvvələr Gününə həsr edilmiş  “Qələbə fəlsəfəsi: Siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi” adlı tədbir keçirilib.

 

Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, iyunun 26-da müstəqil dövlətimizin ən mühüm atributlarından biri sayılan ordumuzun yaranmasının 105 ili tamam olur. Direktor deyib ki, Azərbaycan müstəqil dövlət olduqdan və xalqımızın dahi oğlu Heydər Əliyev yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu prosesi uğurla həyata keçirildi:”Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev həm də müasir Silahlı Qüvvələrimizin yaradıcısıdır”.

 

Filial direktoru çıxışında həm də filialın direktor müavini  Aysel Şeydayevanın əmisi, I Qarabağ müharibəsi şəhidi Altay Məmmədovun və riyaziyyat və təbiət elmləri fakültəsinin tyutoru Günel Məlikovanın həyat yoldaşı şəhid Aqil Məlikovun keçdikləri şərəfli döyüş yolundan bəhs edib, Vətən uğrunda canlarından keçən hər bir şəhidin əmanətlərinin məsuliyyətini daşıdığımızı diqqətə çatdırıb. Tədbirdə 44 günlük Vətən müharibəsi iştirakçıları İsmət Əhmədov və Vurğun Qəniyev Fəxri diplomla təltif edib, onların qəhrəman oğullar kimi gənclərə nümunə olduqları ifadə edilib.