Bu il Azərbaycan Tibb Universitetini  I müalicə-profilaktika fakültəsi üzrə 393, II müalicə-profilaktika fakültəsi üzrə 371, stomatologiya fakültəsi üzrə 224, əczaçılıq fakültəsi üzrə 115, ictimai səhiyyə fakültəsi üzrə 69, o cümlədən hərbi tibb fakültəsi üzrə 45 – ümumilikdə 1217 nəfər bitirib. Onlardan 152 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Məzunların 389 nəfəri xarici ölkə vətəndaşıdır.

 

Bu barədə Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən “Məzun Günü”ndə universitetin Tədris departamentinin rəhbəri dosent Kamandar Yaqubov bildirib.