Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbəsi Cavid Rəhimli dünyanın 15 nüfuzlu universitetinə təqaüdlə qəbul olub.  C.Rəhimli Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corc Vaşinqton Universitetinin Xarici əlaqələr hüququ üzrə LL.M proqramını seçib. O, akademik və sosial göstəricilərinə görə azsaylı tələbəyə verilən 35000 dollar məbləğində "GW Law Merit Scholarship"ə layiq görülüb. 

 

Bu barədə BDU-dan bildirilib.