Bakı Dövlət Universitetinin SABAH qruplarının “Fizika müəllimliyi” ixtisasının  III kurs tələbələrinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentində infosessiya təşkil olunub.  

 

SABAH qruplarının müəllimi Şirxan Hümbətovun rəhbərliyi ilə keçirilən infosessiyada Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyev, əməkdaşları Azər Sadıqov, Zaur Xəlilov və Elvin Muradov tələbələri SƏTƏM təhlükəsizlik qaydaları, Qamma sterilizasiya qurğusu və onun işləmə prinsipi ilə tanış ediblər. 

 

İnfosessiyanın məqsədi tələbələrin nəzəri biliklərinin praktikada tətbiqini genişləndirmək və onları müasir metodlarla tanış etmək olub.