Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Üzvi kimya” ixtisası üzrə təhsil alan I kurs  magistrantlarının “Zərif üzvi sintez II” fənni üzrə sonuncu imtahanı keçirilib.

 

Təhsil şöbəsindən verilən məlumata əsasən, ikinci yarım ildə tədris olunan 7 fənn əsasında magistrantların yekun biliyi qiymətləndirilib. Həmin fənnlərdən 3-ü – fəlsəfə, psixologiya və pedaqogika mərkəzləşdirilmiş formada Mərkəzi Elmi Kitabxanada, qalan 4 ixtisasla bağlı fənn (Üzvi kimyanın nəzəri məsələləri, Üzvi kimyada fiziki-kimyəvi tədqiqat üsulları, Sterokimya, Zərif üzvi sintez II) isə  AKİ-nin özündə tədrisi aparan müəllimlər tərəfindən keçirilib.

 

İmtahanlar uğurla başa çatıb.