Bakı Dövlət Universiteti (BDU)  ilə Türkiyə Respublikasının Karabük Universiteti arasında Anlaşma memorandumu imzalanıb.  

 

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Karabük Universitetinin rektoru Refik Polat  imzalayıb. Müqavilə çərçivəsində akademik heyətin, bakalavr, magistr və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək. 

 

Qeyd edək ki, əsası 2007-ci ildə qoyulmuş Karabük Universitetində 52000 tələbə təhsil alır. Universitetdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.