Azərbaycan Texnologiya Universitetinin (UTECA) əməkdaşları Erasmus+ mübadilə proqramı çərçivəsində Rumıniyada səfərdə olublar.

 

Səfər çərçivəsində UTECA-nın Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Elektron xidmətlərin təşkili və informasiya şöbəsinin müdiri Arzu Əsgərov Rumıniyanın “Gheorghe Asachi” Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor İrina Lunqu, didaktik fəaliyyət və keyfiyyətin təminatı üzrə prorektoru professor Neculai-Eugen Seghedin ilə görüşüblər.

 

Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri ətraflı müzakirə edilib.

 

UTECA əməkdaşları, həmçinin Erasmus+ proqramı üzrə koordinator professor Mirela Blaqa, Dr. Mariana İçim və proqramın əməkdaşları ilə də görüşüblər. Görüş zamanı mövcud əməkdaşlığın genişləndirilməsi və mübadilə sayının artırılması ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib.