Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ardahan Universitetinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Ardahan Universitetinin beynəlxalq əlaqələr üzrə koordinatoru Doğan Saltaş, köməkçi Nurgül Moldayeva və ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.


Tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verib, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıblar. Görüşün yekununda ilkin mərhələdə iki universitet arasında Anlaşma memorandumunun imzalanması və ERASMUS+ tələbə-müəllim mübadiləsi çərçivəsində layihənin birgə hazırlanmasına razılıq əldə olunub.