Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Hacettepe Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb. 

 

BDU-dan bildirilib ki, müqaviləni Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Hacettepe Universitetinin Erasmus koordinatoru Ruhtan Yalçıner imzalayıb. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur. 

 

Qeyd edək ki, Hacettepe Universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. 16 fakültə, 15 institut, 4 peşə məktəbi və bir konservatoriyanın fəaliyyət göstərdiyi Hacettepe Universiteti  QS WUR reytinqində 761-770-ci pillədədir.