ABŞ-ın San-Dieqo Universitetinin alimləri yeni kəşfə imza atıblar.

 

Belə ki, universitetin alimləri tərəfindən düşüncələri avtomatik yazıya alan cihaz  uğurla sınaqdan keçirilib. Bu cihaz vasitəsilə alimlər düşüncəni saniyələr içərisində istənilən dildə çap edirlər. Alimlərin fikrincə, bu kəşf nitq qabiliyyəti tam məhdud olan insanlara daha çox kömək edəcək.

 

Yeni cihaz hələ ki, Harvard Tibb Məktəbi və Braun Universitetinin həkimləri tərəfindən sınanıb. Həkimlər gələcəkdə bu kəşfin daha da təkmilləşdirilə biləcəyini düşünürlər.

 

Azərtac