Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin 9 şagirdi (2022-2023-cü tədris ili üzrə) qızıl və gümüş medala layiq görülüb. Liseyin şagirdləri Misir Hüseynli, İlqarə Yusifzadə, Ayşan Hacıyeva, Nəzrin İsmayılova, Fidan Əhmədova, Salman Vahabov, Murad Novruzov qızıl, Raul Mahmudov və Fərhad Kərimbəyli isə gümüş nişanla təltif olunublar.  

 

Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.