Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə-rektorlar şurası yaradılıb.

 

Universitetdən bildirilib ki, şuranın yaradılmasının məqsədi sabiq və hazırki tələbə-rektorların təcrübəsindən yararlanaraq, universitetin tələbə təşkilatlarının fəaliyyətinə dəstək olmaq,  mövcud vəziyyəti müzakirə etmək, müvafiq təkliflər irəli sürməklə universitetin davamlı inkişafı üçün vahid mərkəzdə çalışmaqdan ibarətdir. Eyni zamanda UNEC-in tələbə- rektorlarının məzun olduqdan sonra universitetlə əlaqəsini daha da genişləndirmək və  tələbə rektorlar şəbəkəsini formalaşdırmaqdır.