Sloveniyanın Maribor şəhərində  XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları keçirilib. Yarışın ilk günündə qızlar və oğlanlar arasında 3 çəki dərəcəsində 3 cüdoçumuz medal almaq üçün  güclərini sınayıblar. Belə ki, oğlanlar arasında 50 kiloqram çəkidə Nihad Məmişov və 55 kiloqram çəkidə Ayxan Mirzəzadə, qızlar arasında isə 44 kiloqram çəkidə Məryəm Bayramzadə  uğur qazanmaq üçün  yarışıblar.

 

Qeyd edək ki, Nihad Məmişov və Ayxan Mirzəzadə bürünc medala layiq görülüblər.

 

Sifai SƏFƏROVA