Bakı Dövlət Universiteti (BDU) ilə Ruminiyanın Alexandru İoan Cuza İasi Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.


Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Alexandru İoan Cuza İasi Universitetinin rektoru Tudorel Toader imzalayıb.


Müqavilə çərçivəsində bakalavr, magistr,  tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

 

Qeyd edək ki, əsası 1860-cı ildə qoyulmuş Alexandru İoan Cuza İasi Universitetində 25000 tələbə təhsil alır. Universitetdə 15 fakütədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.