Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüş keçirilib.

 


Görüşdə rektor Elçin Babayev universitetin əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, akkreditasiya ali təhsil müəssisəsinə güclü və zəif tərəflərini müəyyənləşdirməyə,  strateji inkişaf proqramı əsasında inkişaf etməyə imkan verir. BDU bu prosesi uğurla həyata keçirib, Agentliyin təklif və tövsiyələrini nəzərə alıb.


TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova isə qeyd edib ki, akkreditasiya prosesinin əsas məqsədi təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulmasıdır. O, akkreditasiya prosesini uğurla tamamladığına görə BDU rektorunu təbrik edib, universitetin gələcək fəaliyyətində uğurlar arzulayıb, Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 8 iyun 2023-cü il tarixli qərarı ilə BDU-nun 5 (beş) il müddətinə akkreditasiya olunması ilə bağlı şəhadətnaməni  E.Babayevə təqdim edib.