Şəhid ailə üzvlərinin təhsilinin inkişafına dəstək, onların şəxsi və peşəkar inkişafı Təhsilin İnkişafı Fondu üçün əsas prioritetlərdəndir


Təhsilin İnkişafı Fondunun təşəbbüsü və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində şəhid xanımları ilə görüş keçirilib. Şəhid övladlarının təhsilinə, eləcə də şəhid xanımlarının təhsilin müxtəlif pillələrində təhsil almasına dəstək göstərilməsi, onların məşğulluğu, cəmiyyətin sosial və iqtisadi həyatına daha sıx inteqrasiyası yollarına  dair  müzakirələr  aparılıb.

 

Şəhid ailə üzvlərinin təhsilinin inkişafına dəstək, onların şəxsi və peşəkar inkişafı Fond üçün əsas prioritetlərdən birini təşkil edir.