Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələrinə görə 1035 nəfər qeydiyyatdan keçib.

 

Beləliklə, bu il BDU-nun magistraturasına qəbul planı 91.24 faiz dolub. Universitet üzrə  ən yüksək nəticə balı isə 97-dir.

 

Qeyd edək ki, 2023/2024-cü tədris ilində BDU-nun magistratura pilləsinə qəbul üçün, ümumilikdə 1199 plan yeri ayrılıb.