2023-2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün imtahan keçirilib. Ümumilikdə 554 şagird uğurlu nəticə göstərib.


Növbəti tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü 10-cu siniflərin sayının artırılması və 40 məktəbdə həyata keçirilməsi planlaşdırılır.


Qeyd edək ki, 2021-2022-ci tədris ilində pilot layihə kimi 5 məktəbdə informatika təmayüllü 10-cu siniflərə start verilib. 2022-2023-cü tədris ilində isə pilot layihə 10-cu siniflər üzrə 710 şagird olmaqla 4 şəhər və 23 məktəbi əhatə edib. Layihə üzrə həftədə 5 saat informatika fənni tədris olunur.