Vətən müharibəsi şəhidlərinin xanımları ilə növbəti görüş Təhsilin İnkişafı Fondunun təşəbbüsü və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilib. Bakı şəhərində baş tutan görüşün əsas mövzusu həm şəhid övladlarının təhsilinə, həm də şəhid xanımlarının təhsilin müxtəlif pillələrində təhsil almalarına dəstək göstərilməsi olmuşdur.