Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Enerji keçidində: Postneft İqtisadiyyatı, Alternativ Enerji, Ətraf Mühitin Mühafizəsi” mövzusunda Yay məktəbi başa çatıb.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Yay məktəbi iyulun 31-dən avqustun 12-ə qədər davam edib. Yay məktəbinə Azərbaycandan 5, Almaniyadan 10 tələbə qatılıb. 

 

Yay məktəbi ərzində akademik hissədən başqa, iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunub. Onlar Bibiheybətdə - dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkanda, bp-nin və SOCAR-ın baş ofislərində, İçərişəhərdə, Heydər Əliyev Mərkəzində, Şəki şəhərində, eləcə də Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərində  ekskursiyada olublar.

 

Qeyd edək ki, açılış günü ilk mühazirəyə ADNSU-da start verilib.

 

Sonda tələbələr Yay məktəbinin mövzusuna uyğun olaraq seçilmiş mövzularda təqdimatlar ediblər. Yay məktəbi çərçivəsində tələblərə mühazirə oxuyan müəllimlər və ekspertlər tərəfindən iştirakçıların təqdimatları qiymətləndirilib və onlara sertifikatlar təqdim olunub.