Məsləhət Mərkəzləri DİM-in regional bölmələri və bəzi ali təhsil müəssisələri ilə yanaşı, müxtəlif rayon təhsil sektorları və məktəblərdə də fəaliyyət göstərəcək


Abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Memarlıq və İnşaat Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. 

 

Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları və rayon təhsil sektorlarının əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək. 

 

Bölgələrdə rayon təhsil sektorlarında və məktəblərdə fəaliyyət göstərəcək “Abituriyent Məsləhət Mərkəzləri”nin siyahısı ilə buradan tanış ola bilərsiniz.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq.