Bakı Ali Neft Məktəbinin (BANM) 26 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb.

 

2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə magistratura səviyyəsinə qəbul olan 270 namizədin 26 nəfəri Bakı Ali Neft Məktəbinin məzunudur.

 

Onlar müasir dövrün tələblərinə cavab verən və gələcəyin ən yaxşı ixtisaslarında təhsil alacaqlar.

 

Bu barədə BANM-dən bildirilib.