“UNECBot”, OpenAI GPT modeli əsasında işləyən süni intelekt platformasıdır. Bu platforma, universitetin abituriyentlərə və tələbələrə sualları ilə müraciət etmələrinə imkan tanıyır və onlara operativ, dəqiq cavab verir.

 

Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib ki, UNEC-in “Kompüter elmləri” ixtisası üzrə təhsilalan tələbələri Bəhram Bəxtiyar, Cavid Cəfərov və Nübar İsrafilov tərəfindən hazırlanan “UNECBot” un əsas xüsusiyyətləri aşağıdakı kimidir:

 

- Operativ cavablandırma: Tələbə müraciətlərinin dərhal cavablandırılması, tələbələrin problemlərinin tez bir zamanda həll olunmasına imkan verir.

- İnsan müdaxiləsinin qeyri-zəruriliyi: Süni intellekt tərəfindən avtomatlaşdırılmış proses, insan müdaxiləsinə ehtiyac olmadan işləyir, bu da prosesin effektivliyini artırır.

- Yenilikçi texnologiya: OpenAI GPT modeli kimi qabaqcıl texnologiyalardan istifadə, platformanın dəqiqliyini və etibarlılığını təmin edir.

 

UNEC rəsmi internet səhifəsinə daxil olaraq UNECBot-u QR kod, link və ya qeydiyyatdan keçməklə rahatlıqla istifadə edə bilərsiniz.

 

UNECBot ali təhsil müəssisələrinə gələcəkdə tələbə müraciətlərinin  cavablandırılması və onlara dəstək olma yollarını yenilikçi, effektiv bir şəkildə təkmilləşdirməyə kömək edə bilər. Bu layihə texnologiya və təhsilin birləşdiyi bir nümunədir və təhsil sahəsində böyük bir addımın başlanğıcı ola bilər.

 

UNECBot tərəfindən verilən cavablar süni intellekt məhsuludur və bəzi hallarda dəqiqləşdirməyə ehtiyac ola bilər. Tələbələrə və abituriyentlərə məsləhət görülür ki, mühüm qərarlar verdikləri zaman onlara təqdim olunan məlumatların-cavabların dəstək məqsədli süni intellekt məhsulu olduğunu nəzərə alsınlar.