Bakı Dövlət Unversitetinin (BDU) hüquq fakültəsinin 18 tələbəsi  Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Vəkillər Kollegiyasının və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc hüquqşünas tələbələr üçün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” adlı II yay məktəbində iştirak ediblər.

 

Yay məktəbində iştirak edən 55 hüquqşünas tələbəyə peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, nitq qabiliyyəti və digər sahələr üzrə təlimlər keçirilib.

 

Yay məktəbində tələbərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə intellektual və idman oyunları və Şəki şəhərinə səyahət təşkil olunub.