Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti üçün Koreyanın İNHA Universitetində təşkil olunan təlimlər yekunlaşıb.

 

6 həftə davam edən təlimlər “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində iki universitet arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas komponentlərindən biridir.

 

Təlimlər qarşılıqlı təcrübə mübadiləsini reallaşdırmaq, professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, onların bilik və bacarıqlarının adıçəkilən universitetin təhsil təcrübəsi, həmçinin təcrübəli professorları vasitəsilə daha da inkişafına nail olmaq məqsədi daşıyıb.

 

Təlimlərdə universitetdə “Elektrik mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisaslarında tədris aparan 16 müəllim iştirak edib.

 

Sonda təlimləri uğurla başa vuran BMU əməkdaşlarına sertifikatlar təqdim olunub.