Avqustun 24-də peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının, həmçinin peşə təmayüllü siniflərə ixtisas fənn müəllimlərinin işə qəbulu üzrə müsabiqələrin test imtahanları təşkil olunub.

 

Müsabiqələrin imtahan mərhələlərində ümumilikdə 1 780 namizəd iştirak edib.

 

Qeyd edək ki, peşə təmayüllü siniflərə ixtisas fənn müəllimlərinin işə qəbulu ilk dəfə olaraq mərkəzləşdirilmiş şəkildə müsabiqə yolu ilə həyata keçirilir.