Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  (ADNSU) rektor əvəzi dosent Vazeh Əskərov xaricdə Yay məktəbini uğurla başa vuran tələbələrlə görüşüb.

 

Universitetdən bildirilib ki, ADNSU-nun 4  tələbəsi 2022/2023-cü tədris ilində Estoniya, Finlandiya və Rusiyada keçirilən yay məktəblərində uğurla iştirak ediblər. 

 

Yay məktəbini başa vuran tələbələrlə görüşdə beynəlxalq əlaqələr üzrə prorektor müavini dosent Ülviyyə Abbasova tələbələrin icra etdikləri proqramlar və layihələr haqqında məlumat verib. 

 

Sonra dosent V.Əskərov tələbələri təbrik edərək onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, belə yay məktəblərində iştirak gənclərin gələcək fəaliyyəti üçün çox əhəmiyyətlidir.

 

Sonda tələbələr onlar üçün yaradılan şəraitə görə ali məktəbin rəhbərliyinə minnətdarlıq ediblər.