2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının II kursuna 11 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Biotexnologiya, Biologiya müəllimliyi, Coğrafiya müəllimliyi, Fizika müəllimliyi, Hüquqşünaslıq, Kimya müəllimliyi, Kompüter elmləri, Riyaziyyat müəllimliyi, Psixologiya, Tarix müəllimliyi) üzrə 409 tələbə qəbul olunub. Yeni tədris ilində BDU-nun SABAH qruplarında 11 ixtisas üzrə 964 tələbə təhsil alacaq.

 

2023-2024-cü tədris ilində BDU-nun SABAH qruplarının magistratura səviyyəsinə 8 ixtisaslaşma (Jurnalistika, Kompüter elmləri və texnologiyaları, Ehtimal nəzəriyyəsi və statistika, Əməliyyatlar tədqiqi və sistemli təhlil, Optimallaşdırma və optimal idarəetmə, Nanohissəciklər fizikası, Nanohissəciklər fizikası (tədris ingilis dilində), Kimyəvi kinetika və analiz, Molekulyar biologiya) üzrə 137 tələbə qəbul olunub. Yeni tədris ilində BDU-nun SABAH qruplarında magistratura səviyyəsində 8 ixtisaslaşma üzrə 189 tələbə təhsil alacaq.

 

Bu barədə BDU-dan bildirilib.