Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Gülnar Ələkbərova, Karamanoğlu Mehmetbey Universitetindən isə rektor professor Mehmet Gavgalı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Uğur Aygün, həmçinin “Oxford” Xaricdə Təhsil Məsləhətçiliyinin qurucu direktoru Kənan Kərimov iştirak edib.

 

Görüşün əsas məqsədi tanışlıq ziyarəti, mümkün əməkdaşlıq əlaqələrinin müzakirəsi və bu çərçivədə əməkdaşlıq protokolunun imzalanması olub.

 

Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verib və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Görüşün sonunda rektorlar universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum və ERASMUS+ KA1 çərçivəsində müqavilə imzalayıblar.