“Edu Time” Təhsil və İnkişaf Mərkəzi və “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Azərbaycan – Türkiyə Təhsil İşçilərinin Peşə – Təcrübə Proqramı baş tutub.

 

22-27 avqust tarixlərində keçirilmiş proqramda azərbaycanlı müəllimlər İstanbul Aydın, Qalata və İstanbul Yeni Yüzyıl universitetlərini, eyni zamanda Bil Okullarını ziyarət ediblər.

 

Ali təhsil ocaqlarının rəhbər şəxsləri Azərbaycandan gələn heyətə təhsil müəssisələrindəki şərait və müasir texnologiyalar barədə ətraflı məlumat veriblər.

 

Azərbaycan nümayəndə heyəti təhsildə texnoloji yeniliklər, təhsil psixologiyası, sinfin və məktəbin idarə olunması, şagirdlərlə düzgün ünsiyyət qurulması mövzularında təşkil olunmuş təlimlərdə iştirak edərək, təhsildəki son akademik yeniliklər barədə məlumatlandırılıb.

 

Eyni zamanda azərbaycanlı müəllimlər ölkəmizdə həyata keçirilən təhsil islahatları haqqında türkiyəli həmkarlarına məlumat veriblər.

 

Sonda proqram iştirakçılarına sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, Azərbaycan – Türkiyə Təhsil İşçilərinin Peşə – Təcrübə Proqramında Bakı, Sumqayıt və Naxçıvan Muxtar Respublikasından məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.

 

Növbəti Təcrübə Proqramının 16-20 noyabr tarixlərində İstanbul şəhərində keçirilməsi nəzərdə tutulub.