Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Akademiyanın elmi müəssisə və təşkilatlarında Elektron xidmətlər şöbəsinin yaradılması haqqında məsələyə baxılıb.

 

Sənədlərin rəqəmsallaşdırılması, arxiv sənədlərinin elektron bazasının yaradılması, elektron sənəd dövriyyəsinin tətbiq edilməsi, elektron imza texnologiyasının tətbiqi, onun kompleks olaraq kibertəhlükəsizliyinin təmin edilməsi və s. istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi, sistemliliyin təmin edilməsi məqsədi ilə AMEA-nın Ədəbiyyat İnstitutunda, Qafqazşünaslıq İnstitutunda, Respublika Seysmoloji Xidmət Mərkəzində, Naxçıvan Bölməsində, Gəncə Bölməsində, Şəki Regional Elmi Mərkəzində, Lənkəran Regional Elmi Mərkəzində, Mərkəzi Elmi Kitabxanada və  “Elm” nəşriyyatında  Elektron xidmətlər şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub. Bütün bunlar müvafiq şöbələrin bazasında və onların daxili imkanları hesabına həyata keçiriləcək.

 

Bu barədə AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən bildirilib.