Sentyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kandis MakDeyqan ilə görüşüb.
Görüş zamanı Asiya İnkişaf Bankı tərəfindən hazırlanan “Azərbaycan üzrə 2024–2028-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası” çərçivəsində Elm və Təhsil Nazirliyi ilə sözügedən təşkilat arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
![Elm və təhsil naziri Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb](photos/05-13.09.23-02.jpg)
![Elm və təhsil naziri Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb](photos/05-13.09.23-03.jpg)