2023-2024-cü tədris ilinin 15 sentyabr günü Bakı şəhəri Suraxanı rayonunun 226 nömrəli tam orta məktəbi üçün yaddaqalan oldu. Həmin gün “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda onlayn dərs Şərqi Zəngəzur Reğional Təhsil İdarəsinin Zəngilan rayon Ağalı kənd tam orta məktəbi ilə bərabər təşkil edildi.                                                                                                             

 

226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova Zəngilan rayon Ağalı kənd tam orta məktəbinin pedaqoji kollektivini, şagirdləri, eləcə də məktəbə ilk qədəm qoyan fidan balaları Bilik Günü münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycanın qurucu, xilaskar lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin inkişafında və qorunmasında mühüm işlər, əhəmiyyətli layihələr həyata keçirildi:”Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz də bu dahi şəxsiyyətin adı ilə bağlıdır”.                                         

 

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu, dövlətçiliyin qorunması sahəsindəki çoxcəhətli fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verdi. Qeyd etdi ki, “Ulu öndər Heydər Əliyevin ideyaları hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir:”Tariximizə yazılan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi”.                                                                   

 

Sonra şagirdlər Qarabağ Zəfərinə həsr olan şeirlər söylədilər.

 

“Bilik Günü”ndə Ağalı kənd tam orta məktəbi ilə yaradılan bu dostluq körpüsü sözsüz ki, məktəbə ilk dəfə qədəm qoyan fidan balaların da yaddaşına əbədi həkk olundu.