Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ixtisas fənlərindən qəbul imtahanlarının nəticələri açıqlanıb.  

 

Universitetdən bildirilib ki, imtahanlarda 55 ixtisas üzrə 2-si dissertant olmaqla, 123 nəfər iştirak edib. Onlardan 6 nəfər qeyri-müvəffəq, 117 nəfər müvəffəq qiymət alıb.  

 

2023-cü il üçün plan yerlərinə uyğun olaraq 2-si dissertant olmaqla, 67 iddiaçı BDU-nun doktoranturasında təhsil hüququ qazanacaq.