İsveçrə Konfederasiyasının Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi sayılan HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin 12 tələbəsi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təcrübə proqramında iştirak edir.

 

"Azərbaycanda isveçrəli şirkətlər üçün bazar və biznes mühitinin müəyyən edilməsi və İsveçrə bazarı üçün Azərbaycan nə vəd edir?” adlı intensiv təcrübə proqramı sentyabrın 18-dən 29-dək davam edəcək.

 

Proqramın ilk günü isveçrəli tələbələr UNEC-in əsas tədris binasında I kurs tələbələri üçün təşkil olunan Oriyentasiya günündə iştirak ediblər. Həmçinin 24/7 kitabxana, Ekstern Mərkəzi və Karyera Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

 

Sonra UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı tələbələrə "Azərbaycana makro iqtisadi baxış" mövzusunda təlim keçib.