Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Zeynalova Belarus Elmlər Akademiyasının Eksperimental Botanika Elmi-Tədqiqat İnstitutunda keçirilən Gənc Alimlərin III Beynəlxalq Elmi Konfransında “Zoom” platforması üzərindən iştirak ediblər.

 

“Eksperimental botanikanın müasir problemləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edən professor S.İbadullayeva Botanika İnstitutunun əsas fəaliyyət  istiqamətləri, struktur bölmələri və dövri elmi nəşrləri barədə məlumat verib, əməkdaşlıq əlaqələrinin qurulması perspektivlərini müzakirə edib.

 

Tədbirdə hər iki institut arasında elmi-tədqiqat işlərinin aparılmasına dair memorandum imzalanıb. Sənəddə tərəflər arasında müştərək elmi-tədqiqat layihələrinin hazırlanması, elmi konfrans, təcrübə mübadiləsi, biomüxtəlifliyin mühafizəsinədə birgə fəaliyyət nəzərdə tutulub.