Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov və ali məktəbin müvafiq struktur rəhbərləri Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.

 

Universitet kollektivi parkın girişində xatirə daşının önünə gül dəstələri qoyub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.

                                          

 

 

                                                                                                                                  ...

 

 

Bakı Dövlət Universitetinin  rəhbərliyi və kollektivi də Zəfər parkını ziyarət edib.

 

Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

 

 

                                    

 

                                                                                                                                   ...

 

 

 

Bakı Mühəndislik Universitetinin rektor və prorektorları,  kollektivi Zəfər parkında olaraq, xatirə daşının önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan igid övladların əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

                                               

                                       

                                               ...

 

 

Azərbaycan Texniki Universitetinin  rəhbərliyi və kollektivi də inşası davam etdirilən Zəfər parkının girişində xatirə daşının önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.