Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “İnşaat mühəndisliyi” ixtisasında təhsil alan 4 tələbəsi ikili diplom proqramı əsasında təhsillərini  İstanbul Texniki Universitetində (İTU) davam etdirəcək.

 

Bununla bağlı olaraq AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova fakültənin tələbələri – Leyla Acalova, Elturan Məmmədov, Nəcəf Əhmədov və Məmməd Mürsəlovla görüşüb.

 

Rektor tələbələrlə görüşdə Prezident İlham Əliyevin tapşırıqları ilə işğaldan azad edilmiş ərazilərimizdə aparılan sürətli tikinti-quruculuq işləri fonunda ölkəmizdə “İnşaat mühəndisliyi” ixtisasının önəminin daha da artdığını və bu ixtisas üzrə İTU-nun dünyanın ən qabaqcıl universitetlərindən biri olduğunu qeyd edib.

 

Professor ixtisaslı inşaat mühəndislərinə yüksək tələbata diqqət çəkərək, tələbələrə özlərinə qarşı daha tələbkar olmağı tövsiyə edib və onlara təhsillərində uğurlar arzulayıb.