Bakı Dövlət Universiteti (BDU) Beynəlxalq Astronavtika Federasiyasının (BAF) Baş Assambleyasının 2023-cü il üçün ilk sessiyasında rəsmi üzv seçilib. Bu seçki 2-6 oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC 2023) çərçivəsində baş tutub.

 

Ali məktəbdən bildirilib ki, BDU-da astrofizika, kosmos və əlaqəli sahələrdə də araşdırmalar aparılır. Beynəlxalq Astronavtika Federasiyasının rəsmi üzvü seçilməsi BDU-nun bu sahələrdə uğurlu layihələrinin sayını daha da artıracaq.

 

BAF-ın rəsmi üzvü olaraq BDU Azərbaycanı beynəlxalq tədqiqatlar sahəsində daha geniş təmsil edəcək. Bu, eyni zamanda Azərbaycanın kosmos sahəsindəki inkişafına, yeni əməkdaşlıq və tədqiqat imkanlarının yaranmasına töhfə verəcək. Digər tərəfdən, BDU-nun BAF-ın rəsmi üzvü seçilməsi universitetin astrofizika və kosmos sahələrində tədqiqatlarda nüfuzunu daha da artıracaq.