ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biri olan Harvard Universitetinin bir qrup əməkdaşı ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.


Qonaqlarla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov Harvard Universitetinin Kennedi məktəbinin əməkdaşları - baş tədqiqat meneceri Tim Cheston, tədqiqatçılar Jorge Tapia, Felicia Belostecinic, Alejandro Rueda Sana Azərbaycanın yeganə aqrar ali təhsil ocağının maddi-texniki bazası və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor bildirib ki, universitetdə bütün proseslərin rəqəmsallaşması, yeni beynəlxalq layihələrin həyata keçirilməsi və tədqiqat işlərinin aparılması gələcəkdə birgə əməkdaşlığı daha da zəruri edəcək.
 

Nümayəndə heyətinin rəhbəri Tim Cheston Aqrar Universitetdə olmaqdan məmnunluğunu bildirib.


Sonra qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.