Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yeni baza məktəblərinin yaradılması planlaşdırılır. Bu barədə universitetin sentyabrın 22-də keçirilən iclasında məlumat verilib.

 

Qeyd olunub ki, ADPU-nun baza məktəblərinin yaradılması ilə bağlı qaydalar layihəsi, baza məktəbi ilə ADPU arasında birgə iş planının layihəsi və təklif olunan baza məktəblərinin siyahısı hazırlanaraq, Elm və Təhsil Nazirliyinə göndərilib.