Azərbaycan  Dövlət Pedaqoji Universitetində (ADPU) İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun (İƏT Tİ) rəhbərliyi ilə görüş keçirilib.

 

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun prezidenti professor Mehmet Akif Kireçci və İƏT Tİ rəhbərinin protokol müdiri Qonca Biltekin iştirak edib.

 

Rektor C.Cəfərov və İƏTTİ-nin prezidenti Mehmet Akif Kireçci təmsil etdikləri universitetlər haqqında məlumat veriblər.

 

Görüş zamanı təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim-tələbə mübadiləsi imkanları, türk dillərinin öyrədilməsi, məqalələrin çapı, birgə konfransların təşkili, müəllim hazırlığında istifadə olunan model və qarşılıqlı maraq doğuran sahələrdə görülə biləcək işlər müzakirə edilib.

 

Sonda qonaqlar ADPU-nun inzibati binası ilə tanış olublar.