Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda (HETİ) olub.

 

Universitetin "Zoomühəndislik" ixtisası üzrə II kurs tələbələri HETİ-nin maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanış olublar.
 

Bildirilib ki, institut olaraq daim beynəlxalq təşkilatlar, elm müəssisələri ilə əməkdaşlıq edilir, beynəlxalq təcrübənin ölkəmizdə heyvandarlığın inkişafı üzrə tətbiq olunmasında əsaslı addımlar atılır.
 

Daha sonra tələbələrə institutun balansında olan təcrübə təsərrüfatında aparılan işlər və istifadə olunan yeni texnologiyalar göstərilib, heyvanların yemlənmə üsulları, yerli və xarici heyvan cinsləri, yardımçı təsərrüfat barədə məlumat verilib.