Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Turan Drilling & Engineering şirkəti tərəfindən “Keyfiyyətin təminatı” mövzusunda təlim keçirilib.

 

Təlimdə Turan Drilling & Engineering şirkətinin QA QS koordinatoru İdrak Cəfərov, Təlim və İnkişaf qrupunun rəhbəri Yana Rassolko, Təlim və İnkişaf üzrə Administrator Leyla Qocayeva, həmçinin ADNSU-nun əməkdaşları və tələbələri iştirak ediblər. Turan Drilling & Engineering şirkətinin QA QS koordinatoru İdrak Cəfərov keyfiyyət konsepsiyaları, ISO 9001 keyfiyyət standartları, keyfiyyətin idarə edilməsi prinsipləri, keyfiyyət təminatı və keyfiyyət zəmanəti haqqında təqdimat edib.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.