Bakı Ali Neft Məktəbi (BANM) 2023/2024-cü tədris ili üzrə ölkənin ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə yenə ölkə birincisidir.

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023/2024-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş 102 tələbənin 29-u BANM-də təhsil alır. BANM Prezident təqaüdçülərinin sayına görə ölkə ali təhsil müəssisələri arasında bu il də liderliyini qoruyur.

 

BANM-ın Prezident təqaüdçülərindən 13 nəfəri “İnformasiya təhlükəsizliyi”, 10 nəfəri “Biznesin idarəedilməsi”, 4 nəfəri “Kimya mühəndisliyi”, 2 nəfəri isə “Kompüter mühəndisliyi” ixtisasının tələbəsidir.