20 oktyabr saat 17:00-da “Yeni çağırışlar” müzakirə proqramında “Microsoft” şirkətinin öyrənmə təcrübələri üzrə direktoru Castin Edvards qonaq olacaq. Castin Edvards ilə oyunəsaslı öyrənmə barəsində danışılacaq.

 

Castin Edvards dünyanın ən məşhur kompüter oyunlarından sayılan “Minecraft”ın təhsil versiyasının kurikulum, təhsil siyasəti və qiymətləndirmə üzrə komandasına rəhbərlik edir. 

 

Castin Edvards Nobel Sülh Mərkəzi və UNESCO ilə əməkdaşlıq çərçivəsində 100-dən çox ölkədə tətbiq edilən təhsil layihələri üzərində işləyib, həmçinin Böyük Britaniyanın Kurikulum, İmtahan və Qiymətləndirmə Şurasının (CCEA) baş icraçı direktoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.